Nida Xəbər
Zori Balayanın Bakı TERRORU: Anasını girov götürdülər, özünü Azərbaycana göndərdilər...
1994-cü ilin 3 iyul tarixində Bakı metrosunda törədilən
terror aktından 23 il ötür. İki onillikdən artıq vaxt keçməsinə
baxmayaraq, Azərbaycana qafrşı erməni terroru davam edir.
Publika.az xəbər verir ki, terror nəticəsində 13 nəfər
həlak oldu, 58 nəfər yaralandı.
İstintaq araşdırmalarında məlum olur ki, terror aktını Azərbaycan
vətəndaşı Azər Aslanov həyata keçirib. Aslanov Moskvada
saxlanılaraq, Azərbaycana ekstradisiya olunur. 1988-ci ildə
A.Aslanov istintaqa ifadəsində bildirir ki, o, Bakı
metropolitenində terror aktı törətmək göstərişini erməni
əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan alıb.
Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq
görülüb.
İstintaq müəyyən edib ki, 13 yanvar 1994-cü ildə Qarabağda erməni
əsirliyinə düşən Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi
xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib.
Onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat
Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur. Azər Aslanova
isə anasının girov olduğunu və onun azad olunması üçün Bakı
metrosunda terror aktı törətməsini deyirlər. Bundan sonra, Aslanov
erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə 3
iyul 1994-cü ildə İrəvan-Mineralniye Vodi-Bakı marşrutu ilə
Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır.
Yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və
onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları,
Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen
Baqdasaryan və kapitan Seyran Sarkisyan olub.
Məhkəmənin qərarı ilə Zori Balayana qarşı cinayət işi açılır.
1999-cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun
təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa
verilir. Daha sonra o, MDB ölkələrində də beynəlxalq axtarışa
verilir.
2011-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı
axtarışda olan şəxslər siyahısından çıxarır.
Bu, Azərbaycan torpaqlarının işğal edən Ermənistanın Bakı
metrosunda törətdiyi ikinci terror aktı idi. 1994-cü ilin 19
martında “20 Yanvar” stansiyasında törədilmiş terror nəticəsində 14
nəfər həlak olub, 79 nəfər yaralanıb. Araşdırmalar nəticəsində
məlum olub ki, terror aktı “Sadval” separatçı təşkilatı tərəfindən
törədilib. Onlar bu terror aktını Ermənistan xüsusi xidmət
orqanları ilə əlbir olaraq həyata keçirib. Terror aktına görə, 11
nəfər həbs olunub. Onlardan ikisi ölüm hökmünə, digərləri isə
azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib.
1994-cü ildə Bakı metrosunda baş verən bu iki terror aktından bir
il sonra, 1995-ci ilin 28 oktyabrında “Ulduz” və “Nərimanov”
stansiyaları arasında qatar tuneldə alışıb. Nəticədə 289 nəfər (16
qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. Bu
hadisə “Ginnesin rekordlar kitabı”na dünyada ən böyük metro qəzası
olaraq düşüb.
İstintaq materiallarında göstərilir ki, tələfatın böyük olmasına
səbəb qatarı idarə edən sürücünün səhvi olub. Belə ki, “maşinist”
yanğın başlayan zamanı qatarı tuneldə saxlayıb. İnsanlar təşviş
içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi
pis olduğuna görə tuneldəki insanlar havasızlıqdan, eləcə də
ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların
əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb. Qatarı idarə edən
“maşinist” və dispetçer 10 il azadlıqdan məhrum edilib.
Lakin hadisənin terror ola biləcəyi ehtimalı da var idi. Məhz
1994-cü ildə metroda ermənilər tərəfindən iki terror aktının
törədilməsi bu versiyanı gücləndirirdi.
Torpaqlarımızın 20 faizini işğal edən Ermənistanın Azərbaycana
qarşı terror siyasəti bu gün də davam edir.
Asif
-
İdman15:45
“Qarabağ” olmasaydı, Azərbaycan futboluna maraq çoxdan ölərdi - Balakişi Qasımov
-
Ekologiya14:08
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
İqtisadi gündəm14:00
Aksiz vergisi 4 manat 18 qəpikdir: Bazarda isə litri bir manata olan araq satılır
-
Nida Xəbər 13:16
Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?
-
Magazin113:07
Əməkdar artist bu fotonu gördü: göz yaşları "SEL OLDU" - VİDEO
-
Qoroskop11:49
Ən yalançı bürclər - Bundan həzz alırlar
-
Nida Xəbər 10:52
Bu mərkəzə direktor təyin edildi - FOTO
-
Səhiyyə10:18
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...