Nida Xəbər
İrəvanla Moskva arasında BÖYÜK GƏRGİNLİK: Putin Ermənistana ordu yeridir - FOTOLAR
Ermənistanda hakim rejimin Moskvadan asılı olduğu, Serj
Sarkisyanın Kreml tərəfindən idarə edildiyi haqda fikirlər yenidən
gündəmə gəlib.
Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj
Sarkisyanın erməni mediasına verdiyi müsahibəsində Rusiya ilə
əməkdaşlıq haqda dedikləri bu məsələni daha da qızışdırıb.
S.Sarkisyan Rusiya ilə əməkdaşlığın azaldılması fikirlərinin
təhlükəli olduğunu bildirib.
“Rusiya ilə əməkdaşlığın azaldılması haqda deyilən sözlər ekstremal
dərəcədə təhlükəlidir. Rusiya ilə əməkdaşlığı daraldıb kiminlə
yaxınlaşmaq istəyirsiniz – Türkiyə və ya NATO ilə?! NATO qucağını
açıb bizi gözləyir?!”, - deyə erməni prezident qeyd edib.
Erməni ekspert Naira Ayrumyan iddia edir ki, bu müsahibədən sonra
Kremldən Sarkisyana zəng edilib.
“Kremldən edilən zəngdə Ermənistana atacağı yanlış addımda başına
gələnlər xatırladılıb və təhlükələr sadalanıb”, - deyə o
bildirib.
Ermənilər küçələrə axışdı
Bununla yanaşı, iyulun 17-də İrəvanda “Sasna srer” qiyamının
ildönümü münasibətilə keçirilən etiraz yürüşündə də hakimiyyətin
Rusiyadan asılılığı haqda fikirlər irəli sürülüb. Həmçinin, yürüşdə
“Rejimə ölüm” və “Suveren Ermənistan” şüarları səsləndirilib. Yürüş
edənlər Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin binası önündə
toplaşıblar.
Yürüşdə iştirak edən “İrs” partiyasının üzvü, bu yaxınlarda ABŞ-dan
qayıtmış David Sanasaryan bildirib ki, Ermənistan Milli
Təhlükəsizlik Nazirliyi Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin
maraqlarına xidmət edir: “Orada çalışanlar da Rusiya casusları və
onların xidmətçiləridir”.
Dil qarşıdurması
Rusiya və Ermənistan arasında son günlər rus dili məsələsi də
gərginliyə səbəb olub. Belə ki, Moskvaya səfər edən və Dövlət
Dumasının spikeri Vyaçeslav Volodinlə görüşən Ermənistan
parlamentinin spikeri Aroy Babloyan “Qırğızıstan və Belarus
vətəndaşlarında olduğu kimi, Ermənistan vətəndaşlarının da
sürücülük vəsiqələrinin Rusiyadan tanınması” istəyini irəli sürüb.
Volodin cavab olaraq bildirib ki, rus dili Ermənistanda rəsmi dil
statusu alarsa, Rusiya erməni vətəndaşların sürücülük vəsiqələrini
tanıya bilər. Bu təklif Ermənistanda “Rusiya ölkəmizi tamamilə ələ
keçirir” fikirlərinə səbəb olub. Ardınca İrəvan rəsmi olaraq rus
dilinə xüsusi statusun verilməsi təklifini rədd edib.
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen
Aşotyan “Sputnik” agentliyinə açıqlamasında rus dilinin
Ermənistanda rəsmi status almayacağını bildirib.
“Rus dili bizim üçün ümumdünya əhəmiyyətli dildir. Amma bizim
çağırışlarımızda rus dilinə rəsmi dil statusunun verilməsi yoxdur
və olmayacaq”, - Aşotyan deyib.
Putin ittifaqına göstərilən buynuz
Volodinin təklifinin rədd edildiyi gün “Çıxış” bloku Ermənistanın
Avrasiya İqtisadi İttifaqından çıxması məsələsini gündəmə
gətirəcəyini bəyan edib. Blokun parlamentdəki deputatı Qevorq
Qorqisyan Azadlıq radiosunun erməni xidmətinə açıqlamasında
bildirib ki, yaxın günlərdə belə təşşəbüslə çıxış edcəklər.
Xüsusi təyinatlılar İrəvana yeridilə bilər
Proseslərin inkişafı Ermənistanda anti-Rusiya ab-havasının yenidən
gücləndiyini göstərir. İndiyə qədər Ermənistanda yaranan
anti-Rusiya əhval-ruhiyyəsini söndürmək üçün Moskva müxtəlif
“şirnikləndirici yollara” əl atıb. Lakin bir sıra erməni ekspertlər
hesab edirlər ki, Rusiya bu dəfə daha sərt yol seçə bilər. Hətta
Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
nəznində yaratdığı xüsusi təyinatlıları İrəvana yeridə biləcəyi
haqda fikirlər səsləndirilir. Qeyd olunur ki, bu Ermənistan
hakimiyyətinin dəvəti ilə mümkün ola bilər.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?