Azərbaycanla Surinam arasında parlamentlərarası münasibətlər müzakirə edildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanla Surinam arasında parlamentlərarası münasibətlər müzakirə edildi

Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Surinam Respublikasının Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla görüşüb.

Publika.az xəbər verir ki, görüşdə ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.

Sonda, Səfir Elxan Poluxov Surinam Respublikası Milli Assambleyasının xatirə kitabını imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm