Nida Xəbər
Prezidentlərin Cenevrə görüşü ilə bağlı BİRGƏ BƏYANAT
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və
ATƏT-in Minsk qrupu prezidentlərin Cenevrə görüşü ilə bağlı birgə
bəyanat yayıb.
XİN-dən Publika.az-a daxil olan bəyanatda deyilir:
“Ermənistan Respublikasının Prezident Serj Sarkisyan və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə
görüşü keçirdilər. ATƏT Minsk qrupunun həmsədrlərinin (İqor Popov
Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika
Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan
xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də
qatıldı. Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar
prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti
boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa
razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu
birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ
münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün
tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi
həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş
keçirəcəklər”.
Asif
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO