Nida Xəbər
Dövlət büdcəsinin icrası və icrasına nəzarət qaydaları dəyişdi
Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi.
Dəyişikliyə əsasən bu müddəa ləğv edilib. Başqa sözlə, dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilməz. Qaydaya əsasən Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliyə əsasən Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yalnız hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək yalnız il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Nazirlər Kabineti "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nda da dəyişiklik edib. Qaydaya əsasən dövlət büdcəsinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi. Digər hallarda dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatırdı. Dəyişikliyə əsasən artıq birmənalı olaraq dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatacaq.
Qeyd edək ki, “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər “Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunla əlaqədardır.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi