Zəlzələdə ölənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

Zəlzələdə ölənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır - RƏSMİ

“İran-İraq sərhədində baş verən güclü zəlzələdə ölənlər arasında Azərbaycanlıların olub-olmadığı araşdırılır”.

Bunu Publika.az-a Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır. İran-İraq sərhədindəki hadisədə, eləcə də ziyarətgahda olan zəvvarlar haqqında dəqiq məlumat əldə edilən kimi mətbuata açıqlama veriləcək.

Xatırladaq ki, İraqın Süleymaniyyə şəhərində 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə qeydə alınan dəhşətli zəlzələdə 3 əyalətdə güclü dağıntılar baş verib, çoxlu sayta ölən və xəsarət alanın olduğu bildirilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm