Nida Xəbər
Fuad Muradov Dünya İnternet Konfransı üçün Çinə GEDİR
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak etmək üçün dekabrın 1-də Çin Xalq Respublikasının Vuzhen şəhərinə səfər edəcək.
Publika.az-ın xəbərinə görə, komitə sədri “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdən olacaq.
Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq. F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini bildircək və ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.
Bununla yanaşı səfər zamanı “Ümumdünya Çin Gənclər təşkilatı ilə” də görüşün keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, səfərdə “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının baş katibi Aytən Əliyeva da iştirak edəcək.
Səfər dekabrın 6-da başa çatacaq.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO