Nida Xəbər
Niderlandda Azərbaycan gecəsi keçirildi
Niderland Krallığının Nijmegen şəhərinin Cuijk qəsəbəsində Azərbaycan gecəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, Brabant əyalətində yaşayan soydaşlarımızın təşkil etdiyi "Vətənim Azərbaycandır" adlı tədbirdə yerli iş adamları, xaricilərlə işləyən təşkilatların nümayəndələri və digər qurumlardan qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Niderlandın dövlət himnləri səsləndirilib.
Qonaqlara ölkəmiz, milli adət-ənənəmiz, mətbəximiz haqqında məlumat verilib, Azərbaycanın təbiəti, tarixi, incəsənətindən bəhs edən səndəli filmin nümayiş etdirilib. Gecədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi, işğal olunan ərazilərdə tarixi abidələrimizin məhv edilməsinə dair məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Azərbaycan gecəsində Nəcibə Babayevanın ifasında "Uzundərə", "Sarı gəlin" milli rəqsləri və musiqiləri qonaqlara təqdim olunub. Tədbirin iştirakçılarına Azərbaycan milli mətbəxinin bəzi təamlarından dadmaq imkanı da yaradılıb.
Gecədə yerli qonaqların hər birinə Azərbaycan haqqında kitablar, rəsm əsərləri, ölkəmiz barədə sənədli filmlərin olduğu disk və milli baş ötrüyümüz olan kəlağayı hədiyyə edilib.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi