Nida Xəbər
52 erməni hərbçisi ÖLDÜRÜLDÜ - Düşmənə sarsıdıcı zərbə və ÜZƏ ÇIXAN ŞOK FAKTLAR
2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52 itki
verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
itkilərin 22-si atəşkəs rejimini pozan zaman Azərbaycan ordusunun
cavab atəşi nəticəsində baş verib.
Yerdə qalan 30 itki isə erməni hərbi birləşmələrinin daxilində baş
verən hadisələr zamanı - qeyri-qanuni münasibətlər, sağlamlıq
problemləri, bədbəxt hadisələr, əsgər yoldaşı tərəfindən vurulma,
intihar və s. hallarda qeydə alınıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, vəziyyət çox
həyəcanlıdır: “Ermənistan faktiki müharibə aparır, lakin itkilər
daha çox daxildə baş verir. Bu o deməkdir ki, bizim əsl düşmənimiz
ölkə daxilindədir və bu düşmən rəqiblə (Azərbaycan - red.)
müqayisədə daha təhlükəli və təcavüzkardır. Daxili düşməni konkret
məmurun şəxsində, yaxud hansısa dövlət orqanında axtarmaq boş
məşğuliyyətdir. Problemin kökü daha dərindir və bu, hakimiyyət
tərəfindən gizlədilir. Problem cəmiyyətdə gedən
deqradasiyadır”.
Erməni şərhçi hesab edir ki, bu ölkədə ordu vahid təhlükəsizlik
seqmentini itirib: “Ordu hakimiyyət tərəfindən sistemin bir
parçasına çevrilib. Ordu öz immunitentini itirərək, sistemdaxili
bazar olub. Generallar və ölkə rəhbərliyi elit təbəqə ilə kasıblar
arasında barrikadalar tikir və ordu bu barrikadanın elit tərəfində
dayanaraq, kasıblara qarşı çıxır. Məhz kasıbların uşaqları ordudakı
özbaşınalığın qurbanı olur. Çünki “qızıl” nömrəli maşınlarda gəzən
paqonluların əsgərin qayğısına qalmağa vaxtı yoxdur, onlar özlərinə
sərvət toplayırlar”.
S.Artsruni qeyd edir ki, Ermənistanda ordu kasıbardan ibarət
qoşundur.
Asif
-
Dünya16:10
ABŞ-ın Ukrayna və İsraillə bağlı siyasəti dəyişir: bundan sonra...
-
Nida Xəbər 15:30
Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin114:50
51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək
-
Region13:55
Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu: Ölən və yaralılar...
-
Dünya13:20
Qazaxıstanda helikopter qəzaya uğradı - Ölən var
-
Nida Xəbər 12:20
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
İqtisadi gündəm11:30
Azərbaycan nefti ucuzlaşdı
-
ABŞ10:50
Putinin bəyanatının pərdəarxası: Tramp Kremlin istəklərinə qulaq asacaq?