• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Onlar nə üçün bizimlə eyni maaşı alır? - Fazil Mustafa

Onlar nə üçün bizimlə eyni maaşı alır? - Fazil Mustafa

"Hesablama Palatasının auditorları Milli Məclisin deputatları ilə eyni səviyyədə tutulur. Hesab edirəm ki, bu doğru yanaşma deyil".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Hesablama Palatası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Əməkhaqqı ilə bağlı məsələsində deputatlar auditdən aşağı səviyyədə nəzərdə tutulub. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə, auditlər isə deputatlarla bir səviyyədə tutulur. O zaman auditlərin vəsiqələrinə həm də deputat yaza bilərik. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə eyni maaş alır. Necə olur ki, Hesablama Palatası Milli Məclis tərəfindən yaradılır, lakin eyni maaş alırlar”.

Millət vəkili onu da bildirib ki, Hesablama Palatasının yoxlamaları məsələsində qohumluq münasibətləri məsələlərinə ciddi yanaşılmalıdır:

“Korrupsiya, dövlət əleyhinə olan cinayət törədənlər Hesablama Palatyasının üzvü ola bilməz ifadələri yer alıb. Hesab edirəm bu məsələ konkretləşdirilməlidir. Ağır cinayət törədən, adam öldürən şəxs Hesablama Palatasınəın üzvü ola bilərmi? Bu məsələ də qanun layihəsində əks olunmalıdır”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR