"Çalışırıq ki, Gənclər evləri gənclər üçün faydalı olsun” - Azad Rəhimov
Bizi izləyin

Nida Xəbər

"Çalışırıq ki, Gənclər evləri gənclər üçün faydalı olsun” - Azad Rəhimov

Bu gün Binəqədi rayon Gənclər Evində “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinin təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Gənclər evlərinin sayının 40-ı keçdiyini bildirib.

Nazir deyib ki, gənclərlə bağlı uğurlu layihələrdən biri də Gənclər evləri şəbəkəsinin yaradılmasıdır:

“Azərbaycan əhalisinin 60 faizindən çoxunu gənclər təşkil edir və gənclərə dövlət tərəfindən lazımi qayğı göstərilir. Prezident İlham Əliyev gənclərlə bağlı üç dövlət proqramı təsdiq edib və üçüncü proqram 2017-2021-ci illəri əhatə edir. Dövlət proqramları gənclərin həyatında bütün istiqamətləri əhatə edib. Hazırda Azərbaycanda 40-dan artıq Gənclər evi və mərkəzi fəaliyyət göstərir, onların 14-ü Gənclər və idman nazirliyinin təşəbbüsü ilə inşa olunub. Biz çalışırıq ki, Gənclər evləri dünyanın ən qabaqcıl texnologiyaları ilə təmin edilsin, həmin evlər həqiqətən də gənclər üçün faydalı olsun”.

Nazir onu da əlavə edib ki, bu istiqamətdə beynəlxalq təşkilatların təcrübəsindən istifadə edilir:

“Bu gün təqdimatı olan layihə də məhz beynəlxalq əməkdaşlığın nəticəsidir. İnanıram ki, bu pilot layihə digər Gənclər evlərində də tətbiq ediləcək”.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam İsakzai bildirib ki, həyata keçiriləcək layihə 5 istiqamət üzrə yönəlib:

“Yeniyetmə və gənclərin rifahı, təlim və təhsil, yeniyetmələrin hüquqlarının müdafiə olunması, gənclər üçün iqtisadi imkanların yaradılması, gənclərin iştirakı və cəlbedilməsi məsələləri əhatə edir. Xüsusi ehtiyacı olan gənc və yeniytetmələrin istiqamətləndirilməsi istiqamətində də tədbirlər həyata keçiriləcək. BMT-nin Uşaq fondu, Əhali Fondu, Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankı məcburi köçkünlərin sosal inkişafı yönümlü təşəbbüslə də çıxış edirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm