Nida Xəbər
Ermənilər Gürcüstan azərbaycanlılarına HÜCUMA KEÇDİ - Soydaşlarımız bu xain üsulla QƏTLƏ YETİRİLİR
Gürcüstanda erməni sürücülər azərbaycanlıları bilərəkdən
öldürür, yaxud da şikəst edir.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın
“kavkazplus” saytı dekabrın 31-də baş vermiş yol-nəqliyyat
hadisəsini araşdırarkən yazıb.
Qeyd edək ki, dekabrın 31-də Tbilisidə yol-nəqliyyat hadisəsi
zamanı Gürcüstanın Sadıxlı kənd sakini olan 5 azərbaycanlı gənc
həlak olub. Belə ki, Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı
kənd sakinlərinin olduğu “Lada” markalı avtomobil Rusiyadan
Ermənistana gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə
“Lada”da olan 5 azərbaycanlının hamısı dünyasını dəyişib.
Ermənilərin olduğu “Mersedes”də isə ciddi xəsarət alan olmayıb.
Bu qəzanın Ermənistan prezidenti Serj Sarkisyanın Tbilisiyə səfəri
və Rusiyadan gələn avtomobillərin Gürcüstan üzərindən Ermənistana
keçidinin asanlaşdırılması ilə bağlı razılaşma əldə etməsi
ərəfəsində baş verməsi diqqət çəkir.
“Kavkazplus” yazır ki, bu hadisə Sadaxlı kəndinin sakinlərini
qəzəbləndirib.
“Məsələ ondadır ki, Sadaxlı kəndi uzun illərdir ermənilərin
“avtomobil terroru”ndan əziyyət çəkir. Bu kənddən Ermənistana gedən
“Sadaxlı-Baqrateaşen” tranzit yolu var. Erməni sürücülər Sadaxlı
kəndindən keçərkən azərbaycanlıları öldürmək, yaxud şikəst etmək
üçün bilərəkdən avtomobili sürətlə sürür, qarşılarına adamlar
çıxandan saxlamırlar. Valideynlər uşaqlarını küçəyə buraxmağa
qorxurlar. Çünki Rusiyadan gələrək Ermənistana gedən ermənilər qəza
törədərək, kimisə öldürsə, yaxud şikəst etsə, onları tapmaq çətin
olur. Çünki onlar sərhədi tələsik keçərək yoxa çıxırlar”, -
araşdırmada qeyd edilir.
Məqalədə erməni sürücülərin azərbaycanlıları öldürmək üçün sürət
həddini aşdıqlarını, azərbaycanlıların kompakt şəkildə yaşadığı
ərazilərdə avtoxuliqanlıq etdikləri bildirilir.
Sayt yazır ki, vaxtilə azərbaycanlıların yaşadığı, sonradan
ermənilər tərəfindən mənimsənilən Baqrataşen kəndindən Sadaxlı
istiqamətində tez-tez hücumlar olur: “Ermənilər sərhədi keçərək,
Sadaxlıda oğurlar edir, daha sonra geri qayıdırlar. Onlar sərhədi
gecə vaxtı keçdikləri üçün törədilən cinayətlərin üstünü açmaq
mümkün olmur”.
Asif
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"