Sarkisyan “aprel müharibəsi”ni yada salıb HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI - ŞOK ETİRAFLAR
Bizi izləyin

Nida Xəbər

Sarkisyan “aprel müharibəsi”ni yada salıb HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI - ŞOK ETİRAFLAR

Ermənistanda ordunun yaranmasının ildönümünün bayram edilməsi ilə bağlı mübahisələr meydana gəlib.

Publika.az
xəbər verir ki, bəzi erməni siyasətçilər ümumiyyətlə, ordu bayramından imtina edilməsi fikri ilə çıxış edirlər. Onların fikrincə, Ermənistan hakimiyyəti vətəndaşların azadlığını boğmaq üçün təhlükəsizlik məsələsini əsas mexanizmə çevirib.

Məşhur erməni politoloq Manvel Sarkisyan qeyd edir ki, hazırda ən genişmiqyaslı manipulyasiyalar ordu üzərindən aparılır: “Rejim “millət-ordu-kilsə” tezisindən çıxış edərək, vətəndaşların azadlığını boğur. Əgər kimsə azad şəkildə etiraz edirsə, bu, “ölkənin müdafiə qabiliyyətinin dağıdılması” olaraq dəyərləndirilir və “ictimai qınaq” mexanizmi önə çıxır. Lakin rejim bunu həyata keçirsə də əsl məqsədinin nə olduğunu gizlədə bilmir. Ermənistanda kriminal-oliqarxiya siyasi sisteminin yarandığı, korrupsiya sxemləri vasitəsilə ordudan yayınan xüsusi kastanın formalaşdığı və orduda yalnız kasıbların xidmət etdiyi aksiomaya çevrilib”.



M.Sarkisyan ölkədə dərin etibarsızlığın kök saldığına diqqət çəkir.

“Millət-ordu” strategiyası çərçivəsində xüsusi kastaya yanaşmanı qanuniləşdirmək niyyətləri də aydn görünür. Aydındır ki, belə yanaşma heç vaxt cəmiyyəti və ordunu birləşdirə bilməz. Əksinə, rejim korrupsiyanın yeni sferalarını yaradır və haqsızlıq dərəcəsini gücləndirir. Bu isə ordu və təhlükəsizlik məsələsinə vətəndaşların neqativ münasibətini yaradır. Yəni ordu xalqın doğma övladı olmur, əksinə, onların gözündə hər şeyi yeyən bədheybətə çevrilir”, - deyə o bildirib.

Erməni politoloq “aprel müharibəsi”ni yada salır və deyir ki, “bu, müharibə Ermənistan ordusundakı vəziyyəti və rejimin ordu üzərindən varlandığını açıq şəkildə göstərdi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm