Nida Xəbər
BMAM: Seçkilərdə heç bir qanun pozuntusu qeydə alınmayıb
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) prezident seçkiləri ilə bağlı bəyanatı açıqlanıb.
Publika.az xəbər verir ki, BMAM müşahidə missiyası seçki günü Bakı şəhəri və regionlar daxil olmaqla, 50-dən çox seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb.
Müşahidə missiyası heç bir qanun pozuntusu qeydə almayıb.
Vurğulanıb ki, məntəqələr üzrə, hətta ən ucqar seçki məntəqələrində belə seçici fəallığı yüksək olub. “Seçkilərdə heç bir qanun pozuntusu olmayıb. Seçkinin Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin olunub. İntensiv olaraq aparılan müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilib, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılıb. Aparılan müşahidələr göstərdi ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri azad, demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun olub”.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"