Azərbaycan ordusu dünyanın ƏN GÜCLÜLƏRİNİN SİYAHISINDA: Ermənistan isə…
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ordusu dünyanın ƏN GÜCLÜLƏRİNİN SİYAHISINDA: Ermənistan isə…

“Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) beynəlxalq təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb.

Publika.az təşkilatın saytına istinadən xəbər verir ki, 136 ölkənin yer aldığı siyahıda Azərbaycan ordusu 53-cü yeri tutub.

Cənubi Qafqazda Azərbaycana qonşu olan ölkələr – Gürcüstan və Ermənistan yanaşı pillələrdə yerləşirlər. Gürcüstan 82, Ermənistan isə 84-cü yerdədir.

Reytinqə ABŞ, Rusiya və Çin liderlik edir. İlk onluğu Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya tamamlayır.

Reytinq siyahısının hazırlanmasında 55 amil nəzərə alınıb. Bunlar dövlətin adi silahlanması, eləcə də iqtisadi gücü, sərhədinin ölçüsü, özünütəmin etmək qabiliyyəti (neft kimi təbii ehtiyatlar), su mənbələrinə çıxış və s. kimi digər amillərdir.

Reytinq cədvəli ilə burdan tanış ola bilərsiniz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm