Nida Xəbər
Avropa Şurasının baş katibi azərbaycanlı deputatın mövqeyini təqdir etdi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılan əsas məruzələrlə yanaşı, aktual problemlərlə bağlı ənənəvi sual-cavablar keçirilib.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın siyasi qrupların təmsilçiləri və ayrı-ayrı deputatların qaldırdığı bir sıra sualları cavablandırması sessiyanın ikinci iş günündə ən maraq doğuran çıxışlardan olub.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bir çox ölkələrin vaxtaşırı narahatlıq duyduğu məslə ilə bağlı belə bir sual verib: “Mədəniyyət, idman, elm kimi dəyərlərin əsas fəlsəfəsi insanları və ölkələri bir-birinə daha artıq yaxınlaşdırmaqdır. Təəssüf ki, bəzən bu dəyərlər də siyasi qarşıdurmalarda əlavə vasitə kimi istifadə edilir. Məsələn, qarşıdan bütün dünyanın həmişə həvəslə gözlədiyi böyük futbol bayramı, dünya çempionatı gəlir. Lakin bu bayramın xoş əhval-ruhiyyəsi də siyasi səbəblərdən hansısa ölkələrin iştirakdan imtina səbəbindən pozula bilər. Belə yanaşmalara ümumən münasibətinizi bilmək istərdim. Soruşmaq istəyirəm ki, belə arzuolunmaz təmayüllərin qarşısını almaq üçün Avropa Şurası nə kimi çağırışlar edə bilər?”
Baş Katib T.Yaqland deputat Rafael Hüseynovla tam şərik olduğunu və onun ədalətli mövqeyini təqdir etdiyini bildirib. O deyib ki, həqiqətən belə hallar müşahidə olunur və mahiyyətcə ölkələri, xalqları daha yaxın etmək məqsədi daşıyan, dostluğa, sülhə xidmət edən tədbirlərin siyasiləşdirilməsi, onlardan siyasi niyyətlərlə istifadə edilməsi düzgün deyil. Avropa Şurasının əsas hədəflərindən biri, əksinə, məhz idmandan, mədəniyyətdən ölkələr, xalqlar arasında əlavə etibarlı körpü kimi istifadəyə yardımçı olmaqdır. “Biz bu qəbildən olan hər təşəbbüsü pisləyirik və Avropa Şurası, öz növbəsində, belə halların aradan qaldırılması üçün səylərini əsirgəməyəcək”,- deyə T.Yaqland qeyd edib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı