Nida Xəbər
Mitinq, küçə yürüşləri qadağalarını pozanlara qarşı YENİ CƏZALAR
Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.
Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.
Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq. (apa)
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi