Nida Xəbər
Azərbaycanın müdafiə naziri Çinin Qərb zona komandanı ilə görüşdü
Aprelin 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Qərb zona komandanı general-polkovnik Çao Conçi ilə görüşüb.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, general-polkovnik Ç.Conçi ikitərəfli hərbi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Ç.Conçi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını və Azərbaycanın da bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.
Z.Həsənov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb. Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirib. Z.Həsənov qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək