Nida Xəbər
“Gerb”dən İMTİNA EDƏK - Deputatdan gündəm yaradacaq TƏKLİF
“Bütün qanunlarda, hətta orfoqrafiya lüğətində də gerb sözü səhv yazılır”.
Publika.az xəbər verir ki, Bu sözləri millət vəkili Rəfael Hüseynov Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunun müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, söz əslində gerb yox, herb olmalıdır: “Hər dəfə bu məsələni gündəmə gətirirəm. Herb polyak sözüdür, dilimizə rus dilindən keçib. Biz əcnəbi sözləri dilimizə qəbul edəndə orijinalda olduğu kimi veririk. Lakin yeganə sözdür ki, bu sözü olduğu kimi qəbul etməmişik. Başqa dilin orfoepiya normasını orfoqrafiya norması kimi qəbul etməməliyik”.
Millət vəkili himnin sözlərinin də dəyişdirildiyini deyib.
“Himndə “hüququn dərk edən əsgər, hərə bir qəhrəman oldu” ifadəsi dəyişdirilib, “hüququndan keçən əsgər” kimi verilib. Bu məntiqsizlikdir və biz bu gün oxuyuruq. Hesab edirəm ki, herb və himnimizə yenidən baxmalıyıq”.
Gülxar
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO