Nida Xəbər
Kəndlərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Şirvanlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
-
Rəsmi xronika11:00
Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi
-
Sosial10:41
COP günlərində taksi fəaliyyəti: "Qaçaq xidmətçi"lər risk edəcəklər?
-
Ekologiya10:00
Ətraf mühiti ən çox çirkləndirənlər ulduzlar imiş - ŞOK ARAŞDIRMA
-
Region09:12
Türkiyəli fermer Azərbaycanın Zəfər Gününü belə TƏBRİK ETDİ - FOTO/VİDEO
-
Səhiyyə08:12
Belə qidalar Altsheymer və xərçəng riski yaradır - Professordan XƏBƏRDARLIQ
-
İdman07:30
“Qarabağ”ın futbolçularından təqdirəlayiq hərəkət - VİDEO
-
Magazin206:26
Qala gecəsində 100 karatlıq brilyantla GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin105:25
“Əziyyətimizi çox pis şəkildə yerə vururlar”