Musiqili Teatrda “Heydər Əliyev dərsi” - FOTO
Bizi izləyin

Nida Xəbər

Musiqili Teatrda “Heydər Əliyev dərsi” - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə “Heydər Əliyev dərsi” adlı tədbir keçirilib.

Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

“Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Onun teatr və incəsənətimizə xüsusi diqqət və qayğısı danılmaz bir faktdır”, - deyə sənət ocağının direktoru söyləyib.

Milli Məclisin deputatı Jalə Əliyevaya Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verib: “Dahi şəxsiyyət Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün də hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın Ümummilli Liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyada tanınması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, millətimizin imzasını əzmlə və yorulmadan tanıtmağı bacaran əsl vətənpərvər idi”.

Musiqili Teatrın aktyorları Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar Artist Əkbər Əlizadə, aktrisa Ülviyyə Əliyeva çıxış edərək Heydər Əliyev dühasının böyüklüyündən, onun mədəniyyət və incəsənət xadimlərinə qayğısından, onlara himayədarlıq etməsindən danışıblar.

Sonda aktyorlar bu gün də Ulu Öndərin açdığı cığırla inamla gedən, onun yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevə incəsənət xadimlərinə göstərdiyi böyük diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm