Nida Xəbər
ABŞ İranı Qarabağdan vuracaq və... - Gürcülər Paşinyanın Şuşa səfərinin DƏHŞƏTLİ SƏBƏBİNİ AÇDI
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilk
səfərini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa etməsi regional
medianın da gündəmindən düşmür.
Publika.az xəbər verir ki, Gürcüstanın “kavkazplus”
portalı bu səfəri “Paşinyan ilk olaraq Azərbaycana gəldi”, - deyə
təqdim edib və bildirib ki, Qarabağ erməni hərbi birləşmələrinin
işğalında olsa da, bura beynəlxalq hüquqda Azərbaycan sərhədlərinə
daxil olan ərazilər olaraq qəbul edilir. Deməli, Paşinyan ilk
səfərini Azərbaycana etdi.
Portal Paşinyanın Qarabağ səfəri ilə bağlı başqa versiya irəli
sürür və tezliklə münaqişə zonasında hərbi toqquşmaların
başlayacağını yazır.
“Paşinyan Qarabağdakı separatçı hakimiyyəti dəyişməyi çox
istəyərdi, lakin qondarma “DQR”-in Ermənistandan ayrı təqdim
edilməsi onun əl-qolunu bağlayır. Lakin əsas səbəb Bako Saakyanın
rəhbərlik etdiyi separatçı hakimiyyətin Qarabağdakı erməni hərbi
birləşmələr üzərində böyük təsirə malik olmasıdır. Ermənistan
ordusunun döyüş bacarığı olan əsas hissəsi məhz Qarabağa
yerləşdirilib. Meydan hərəkatının köməyi ilə “Qarabağ klanı”
hakimiyyətdən uzaqlaşdırılsa da, onların əsas bazası Azərbaycanın
işğal edilmiş ərazilərində qalır. Bako Saakyan da faktiki olaraq,
Sarkisyan qədər Paşinyanın düşmənidir. Digər tərəfdən, Rusiya
ordusu rəsmi şəkildə Qarabağda olmasa da, qeyri-rəsmi şəkildə
təmsil olunurlar və Moskvanın Qarabağdakı orduda böyük gücü
mövcuddur. Bu baxımdan, Paşinyan Ermənistanının tamamilə Qərb
tərəfinə keçməsinin qarşısını almaq üçün Qarabağda təxribata əl
atmaq olduqca asandır”, - deyə portal yazır.
Məqalədə bildirilir ki, hətta Azərbaycanla müharibədə erməni ordusu
məğlub olsa və geriyə qaçsa belə, “Qarabağ klanı” üçün belə bir
toqquşma lazımdır: “Onlar bununla “Paşinyan Qarabağı verdi”, -
deyərək, Ermənistanda hakimiyyətə qayıtmağı planlaşdırırlar”.
Portal yazır ki, geosiyasi güclər – ABŞ və Rusiya da regiondakı
vəziyyəti ələ almaq üçün “Qarabağ kartı”ndan istifadə
edəcəklər.
“Paşinyanı hakimiyyətə gətirən Amerika üçün Qarabağda vəziyyətin
kəskinləşdirilməsi prinsip etibarilə sərfəlidir. Toqquşmada erməni
ordusunun qaçılmaz məğlubiyyəti Rusiyanın “belinə yüklənəcək” və
erməni cəmiyyətində “günahkar Moskva” obrazı gücləndiriləcək. Digər
tərəfdən, Rusiyanın köməyilə “Qarabağ klanı” müharibəyə gedərsə,
erməni ordusu məğlub olacaq və Azərbaycan əraziləri qaytaracaq.
Vaşinqton situasiyadan istifadə edərək, Qarabağda İrana qarşı
Amerika bazası qura bilər. Beləliklə, yaxın vaxtlarda Qarabağda
gözlənilməz təxribatlar müşahidə oluna bilər və bu müharibə
regionda geosiyasi vəziyyəti dəyişdirəcək”, - deyə məqalədə
bildirilir.
Portal amerikalıların açıq-aydın tələsməyə başladığını qeyd edir:
“Paşinyanın Qarabağa səfərindən sonra ABŞ prezidenti Donald Trampın
İranla nüvə sazişindən çıxdıqlarını elan etməsi də diqqət çəkir.
Mayın 10-da İsrail Suriyada İran hərbiçilərini vurdu. İrana qarşı
müharibə ehtimalı hər keçən gün artır və İranın sərhədində müharibə
meydanı yaratmaq amerikalılara son dərəcədə lazımdır. Vaşinqton
Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb, bu müharibə meydanını
ala bilər. Belə “sıxışdırma” Qarabağda şüurlu təxribatla ola bilər.
Sonra Rusiyanı Azərbaycana silah satmaqla ittiham edərək, erməni
cəmiyyətində mövcud olan bu əhval-ruhiyyəni qaldıracaqlar. “Qarabağ
klanı” da hakimiyyətə gəlmək üçün bu oyunda rol oynaya bilər. Çünki
bu klanın içində Rusiya və ABŞ arasında “ikili agent” olan
nümayəndələr çoxdur”.
Asif
-
Magazin102:19
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO
-
Qoroskop00:16
Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!
-
ABŞ13 Noyabr 22:56
Melaniya Tramp Ağ Evdə yaşamaq istəmir - SƏBƏB
-
Hadisə13 Noyabr 22:32
Bakıda 63 yaşlı məhkəmə hakimi futbol oynayarkən öldü - FOTO
-
İdman13 Noyabr 22:20
“Qarabağ” Avropa klublarını COP29 üçün Bakıya gətirir
-
Magazin113 Noyabr 21:57
Efirdə Əməkdar artistə ata olacağını dedikləri üçün cəzalandırıldılar
-
Nida Xəbər 13 Noyabr 18:50
"Çox vacib söhbət baş tutdu" - Paşinyan Əliyevlə görüşündən danışdı
-
Nida Xəbər 13 Noyabr 17:45
Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - FOTO