Rusiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Rusiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim etdi - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovu qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə səfir M.Boçarnikov etimadnəməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir M.Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olundu. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olunub.

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm