Ordumuz İrəvanın ŞOK PLANINI ALT-ÜST ETDİ: Laçın yolu nəzarətə keçdi və...
Bizi izləyin

Nida Xəbər

Ordumuz İrəvanın ŞOK PLANINI ALT-ÜST ETDİ: Laçın yolu nəzarətə keçdi və...

Günnüt kəndinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu əməliyyat ordumuza Laçın yoluna nəzarət etmək imkanı da verib.

Publika.az
xəbər verir ki, müdafiə naziri Zakir Həsənov “Ordumuz tərəfindən keçirilmiş əhəmiyyətli əməliyyat taktikidir. Onun nəticələri ilə razıyam, əsasən biz Laçın yoluna nəzarətim əldə etdik” deyə bildirib.

Söhbət işğal altındakı ərazilərin 11 min hektar hissəsinin azad edilməsindən və döyüş xəttində strateji üstünlüyün qazanılmasından gedir.

Publika.az xəbər verir ki, politoloq Tofiq Abbasov Azərbaycan Ordusunun Laçın yolunu azad etməklə Ermənistanın planlarına qarşı önləyici addımlar atdığını deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişəndən sonra Nikol Paşinyan Qarabağa gəldi, bununla yanaşı, müdafiə və xarici işlər nazirini Naxçıvan cəbhəsinə göndərdi.

“Naxçıvan istiqamətində Azərbaycan əsgəri şəhid edildi. Bu, Ermənistanın təxribatının nəticəsi idi. Azərbaycan əks-əməliyyatla strateji əraziləri azad etdi və İrəvana mesaj verdi ki, “əgər siz hansısa hücum haqqında düşünürsünüzsə, önləyici zərbələr vurulacaq”, - deyə politoloq bildirib.

Görünür, Ermənistanın Naxçıvan istiqamətində hansısa hücum planı mövcud olub. Azərbaycan Ordusu uğurlu əməliyyatla bu planı alt-üst etdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 20-də erməni hərbi birləşmələrinin təxribat hücumunun arxasında əslində döyüş əməliyyatlarını Qarabağ cəbhəsindən Naxçıvan cəbhəsində keçirmək planının bir parçası dayanırdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm