Nida Xəbər
Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi
Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib.
Publika.az-ın məlumatına görə, sənədin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası, eləcə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilir, 2017-ci il üzrə AP-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.
Qətnamədə həmçinin qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunur və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.
Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO