"Xalqımızı birlik olmağa çağırıram"- Elman Məmmədov
Bizi izləyin

Nida Xəbər

"Xalqımızı birlik olmağa çağırıram"- Elman Məmmədov

"Bir vətəndaş olaraq baş verən hadisələrdən təəssüf hissi keçirirəm. Xalqımızı ermənipərəst qüvvələrin əməllərinə qarşı birlik olmağa, dövlətçiliyimizi qorumağa çağırıram”

Bu sözləri Publika.az-a millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd terror hadisəsi idi. Bu hadisəni törətməkdə bizi istəməyən qüvvələrin məqsədi Azərbaycanda stabilliyi pozmaq və xaos yaratmaqdır: “Ölkəmizə qarşı bu cür terror cəhdləri birbaşa xarici qüvvələr tərəfindən aparılır. Bu, təsadüf hesab edilməyəcək qədər ağır və ciddi məsələdir. Əvvəlcə icra başçısının silahlı hücuma məruz qalması, ardından əhalini narahat edəcək aksiyaların təşkil edilməsi sübut edir ki, Azərbaycanı sevməyən ölkələr cəmiyyətdə itaətsizlik yaratmağa çalışır. Təbii ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən hadisələrin qarşısı alındı. Təəssüf edirəm ki, hadisə nəticəsində iki nəfər polis işçisi canından keçdi. Bu nə deməkdir? Bu o deməkdir ki, ölkənin rifahını, əhalıinin təhlükəsizliyini canı bahasına qoruyan polislərimiz var. Bütün bunlara baxmayaraq, heç nə onların əzmini qıra bilməz. Azərbaycanın regiondakı liderliyini həzm edə bilməyən, ölkəmizdə dini tolerantlığın inkişafını, insanların birgə yaşayışını qəbul edə bilməyən və ümumilikdə ölkəmizin sürətli inkişafına mane olmaq istəyən mürtəce qüvvələr hər vəclə cəmiyyətdə xaos yaratmağa çalışırlar. Ancaq təbii ki, onlar bununla Azərbaycana heç bir ziyan vura bilməyəcəklər”.

E.Məmmədov onu da qeyd edib ki, bu gün Azərbaycan Ermənistan və ən az onlar qədər ölkəmizi sevməyən ermənipərəst qüvvələrin hədəfindədir: “Ermənistan dayanmadan Azərbaycana qarşı dağıdıcı təxribatlar törədir. Bununla yanaşı, digər qüvvələr də eyni mərkəzdən idarə olunur. Baş verənlər də hər iki qüvvənin Azərbaycan dövlətçiliyinə , əhalisinə, ölkə təhlükəsizliyinə qarşı yönəlmiş təxribatlardır. Ölkəyə qarşı mənfi istiqamətdə atılan bütün addımlar müvafiq hüquq-mühafizə orqanları tərəfindən izlənilir. Onların ehtiyatlı davranmaları sayəsində ictimai asayiş bərpa olunub, Gəncədə hazırda vəziyyət nəzarətə götürülüb. Hadisəni törətməkdə bilinən şəxslər nəzarətə alınıb. Digər şəxslər də saxlanılacaq və hüquqi yollarla məsuliyyətə cəlb olunacaqlar”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm