Mübariz Qurbanlıdan UNİKAL TƏKLİF: Gəncə hadisələrini...
Bizi izləyin

Nida Xəbər

Mübariz Qurbanlıdan UNİKAL TƏKLİF: Gəncə hadisələrini...

“İqtisadi, siyasi, ictimai sabitlik bütün ölkələr kimi bizim üçün də vacibdir. Sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu danılmazdır. Mediada milli maraqlar məsələsində həmrəylik görürük ki, bu da vacib məsələlərdən biridir”.

Publika.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Media: dini radikalizmlə mübarizə" tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai siyasi sabitliyi pozmağa cəhd edir:

“Din amilindən istifadə edərək ictimai siyasi sabitliyi pozmağa cəhdləri zaman-zaman hiss edirik. Son dövrlər bu məsələ qabarıq şəkildə özünü göstərir. Azərbaycanda din həssas mövzudur, əhalinin 96 faizi İslam dininə inanır. Bu terroru törədənlərin ailələrini, özlərini araşdıranda onların dinə aid olmadığı görünür. Onlar xarici qüvvələr tərəfindən idarə edilir: müxtəlif ziyarətgahlara aparılır, fotolar yayılır, bununla da əməllərini din adı altında törətməyə çalışırlar. Bu qruplara qarşı hüquq-mühafizə orqanları araşdırma aparır. Bunu araşdıranda həmin şəxslərin müəyyən qruplarla əlaqəsi görünür”.

M.Qurbanlı medianın bu mövzuları işıqlandırmasında diqqət edilməli olan məqamlara toxunub:

“Hər dəfə bu mövzudan yazanda bunu dini radikal qruplar yazmağa ehtiyac yoxdur. Beynəlxalq mediada yanlış olaraq islamla terror birlikdə səsləndirilir. Bu gün biz də bu cür terror hadisələrini islamla əlaqələndirməklə islamı terrorla bağlamış oluruq. Din adı altında gizlənən qruplar ifadəsini işlətsək, daha doğru olar. Dinin arxasında radikal sözü gəlirsə, o heç zaman din ola bilməz. Dinin çağırmadığını dinə bağlamaq doğru deyil İŞİD-i geniş şəkildə təhlil etsək, onun da dinlə bağlı olmadığını görərik. Dini tam inkar edən ateistlər cəmiyyətimizdə çox deyil.

Apardığımız monitorinqlər nəticəsində məlum olur ki, Gəncə əhalisinin 4 faizi dini ayinlərin icrasında iştirak edir. Bunu səsləndirməyimin səbəbi Gəncədəki hadisələrdə dinə bağlı insanların çox olması ilə əlaqələndirilməsidir. Halbuki, digər regionlarda dinə bağlı, dini ayinləri icra edənlərin sayı daha çox olur. Mediada bu mövzulara toxunanda əsl dini dəyərlə buna bürünən ekstremist qrupları ayırmalıyıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm