• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Əflatun Amaşov: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”

Əflatun Amaşov: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”

“Türkiyə-Azərbaycan arasında heç bir zaman anlaşılmazlıq ola bilməz”.

Publika.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Beynəlxalq Media Forumunda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dilə gətirib.

Onun sözlərinə görə, tarix boyu davam edən qardaşlıq, dostluq iki ölkə arasındakı münasibətləri o səviyyyə çatdırıb ki, burada əlavə sözə ehtiyac yoxdur: “Şərqdə ilk demokratik cümhuriyyət, parlament qurduğumuz, qadınlarımıza ilk seçim haqqı verdiyimiz üçün qürur duyuruq. Türkiyə bütün hadisələrdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır. 15 iyul hadisələri zamanı bunun bir daha şahidi olduq. Sabah Azərbaycan mətbuatının 143-cü ildönümü qeyd ediləcək. Ümumiyyətlə, iki cəmiyyət və media arasındakı münasibətlərin təməli möhkəmdir. Dünən cənab Əli Həsənov öz çıxışında da bunu vurğuladı”. Ə.Amaşov daha sonra "Əkinçi"nin fəaliyyətə başlamısandan və Azərbaycan mətbuatının keçdiyi yoldan danışıb. O, həmin dövrdə Türkiyə mediasının Azərbaycana dəstəyindən danışıb: “Hətta 1926-cıı ildə Bakıda keçirilən ilk türkoloji tədbirdə qoyulan məsələlərdən biri də media münasibətlər istiqamətində olmuşdu. Bizim ilk mühacir qəzetlərimiz də Türkiyədə işıq üzü görüb. Nə qədər çətin olsa da, iki ölkə arasındakı münasibətlər sovet dönəmində o qədər də sıx deyildi. Ölkəmiz müstəqillik əldə edər-etməz yenidən Türkiyə mediası Azərbaycana dəstək verdi. Xüsusilə də "Xocalı" soyqrımına öz hadisələri kimi yanaşması, bu həqiqətləri dünya ölkələrinə çatdırması bizim üçün çox dəyərli idi. 2010-cu ildə Bakıda Türkiyə-Azərbaycan jurnalistlərinin "yeniliklər və bənzərsizliklər" mövzusunda konfrans keçirildi. Bu isə bütün dünya mediasının diqqətini çəkdi. 2011-ci il ikinci belə bir tədbir baş tutdu. Üçüncü tədbir Kiprdə, dördücü tədbir Qırğızıstanda keçirildi və sonra bu dayandırıldı. Sonralar vahid informasiya portallarının yaranması, türkdilli məkanlarda media qurumlarının yaranması media sahəsində informasiya mübadiləsini artırdı. Ümumilikdə onu demək istyirəm ki bu gün Türkiyə haqqında səslənən mənfi fikirlərə Azərbaycan, Azərbaycan haqqında səslənən mənfi fikirlərə isə Türkiyə reaksiya verir. Ümid edirəm ki, bu konfrans jurnalistlərin informasiya məkanına daha güclü addımlar atmasına töhfə verəcək".

Könül

Xəbər lenti

DAHA ÇOX XƏBƏR