Nida Xəbər
ABŞ illərdir S-300-ləri araşdırır, amma hələ də zəif yerini tapmayıb: F-35-lər isə... - Karasik
Rusiyanın Suriyaya S-300 verməsinin əsas səbəbi bu ölkənin ərazisindəki qüvvələrini gələcəkdə baş verə biləcək hava hücumlarından qorumaqdır.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik Rusiyanın Suriyaya 2 həftə ərzində S-300 kompleksləri verəcəyi ilə bağlı yaydığı açıqlama haqda Axar.az-a danışarkən deyib. Politoloq son zamanlar S-400 və S-300 raket sistemlərinin satışı ilə bağlı gedən danışıqları xatırladıb:
“S-400-lərin, daha sonra isə S-300-lərin satılması haqda gedən danışıqlar və onların verdiyi nəticə göz qabağındadır. Danışıqların ilkin mərhələsində S-400-lərin satılması nəzərdə tutulsa da, son qərar S-300-lər oldu. ABŞ və İsrail illərdir S-300-ləri araşdırır, lakin hələ də onun zəifliklərini ortaya çıxara bilməyiblər. Yeri gəlsə, F-35-lər bu sistemlərdən özünü qoruya bilər, lakin bu, İsrail və Rusiya arasında mövcud olan münasibətləri korlayar. Son üç ildə sözügedən ölkələr arasında konfliktsizləşdirmə siyasəti uğurla yerinə yetirilir. Lakin əminliklə deyə bilərəm ki, İsrail Suriyaya hava hücumlarını dayandırmayacaq”.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi