Bakıda Koreya Respublikasının milli bayramı qeyd edildi - - FOTO
Bizi izləyin

Nida Xəbər

Bakıda Koreya Respublikasının milli bayramı qeyd edildi - - FOTO

Oktyabrın 3-də Bakıda Koreya Respublikasının milli bayramı – dövlətin yaranması günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Publika.az xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-qyu rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 26 il ötdüyünü vurğulayan diplomat yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyətindən bəhs edib. O, iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirildiyini bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov Azərbaycan hökuməti adından Koreya xalqını təbrik edib. O, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Gündüz Cəfərov bildirib ki, ölkələrimiz arasındakı mövcud siyasi dialoq ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verir. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər münasibətlərimizin inkişaf perspektivini daha da artırır. Xüsusi tapşırıqlar üzrə səfir Azərbaycan ilə Koreya respublikaları arasında olan dostluq və əməkdaşlıq əlaqələrimizin inkişaf edəcəyinə əmin olduğunu da diqqətə çatdırıb.

Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm