Zaur Məmmədov: “Zatulinin çıxışı birbaşa ermənilərin maraqlarına xidmət edir"
Bizi izləyin

Nida Xəbər

Zaur Məmmədov: “Zatulinin çıxışı birbaşa ermənilərin maraqlarına xidmət edir"

“Zatulinin çıxışı birbaşa ermənilərin maraqlarına xidmət edir. Bu, Rusiyaya güclü bir siqnal olmalıdır”

Bu sözləri Publika.az-a politoloq Zaur Məmmədov Konstantin Zatulinin Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında qərəzli bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Rusiyanın hakim dairələrində ruslardan çox ermənilərin maraqlarına xidmət edən şəxslər çoxdur:

“Zatulin ermənipərəst qruplara xidmət edir. Onun Dağlıq Qarabağda müharibə başlayacağı halda Azərbaycanın dağılacağına dair verdiyi bəyanatlar Rusiyanın deyil, birbaşa Ermənistanın milli maraqlarına hesablanıb. Bu, onu göstərir ki, o, Ermənistanın maraqlarının təmin edilməsində maraqlıdır. Bu, Moskva üçün güclü mesaj, siqnal olmalıdır. Bu gün Moskvanın hakim dairələrində çalışan jurnalistlər, millət vəkilləri, ictimai-siyasi fəallar tez-tez Rusiyadan daha çox Ermənistanın maraqlarının həyata keçirilməsi ilə məşğul olurlar. Mövcud Dağlıq Qarabağ münaqişəsi müharibə mərhələsinə keçərsə, hər kəsə bəllidir ki, Azərbaycan deyil, Ermənistan dağılacaq. Zatulin Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini Ukrayna və ya Gürcüstandakı münaqişə ilə səhv salmasın. Çünki, Bu münaqişənin müharibəyə çevrilməsi yalnız Cənubi Qafqaz bölgəsinə deyil, eləcə də Rusiyanın Cənubuna və Şimali Qafqaza da birbaşa təsir göstərə biləcək amildir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm