Prezidentin söylədikləri prinsipial əhəmiyyət daşıyır - Musa Qasımlı
Bizi izləyin

Nida Xəbər

Prezidentin söylədikləri prinsipial əhəmiyyət daşıyır - Musa Qasımlı

“Azərbaycan və Ermənistan arasındakı problemin danışıqlar yolu ilə həlli üçün Ermənistan işğal altında saxladığı Azərbaycan ərazisindən çıxmalıdır”.

Bu sözləri Publika.az-a millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ölkə başçısı cari ilin 9 ayının yekunlarına həsr olunmuş tədbirdə bu məsələni ön planda saxlayıb:

“Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda dayanan vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədikləri prinsipial əhəmiyyət daşıyır. Belə ki, bütün bunlar dövlətimizin və millətimizin qəti mövqeyini ifadə edir. İlk növbədə, bu, ondan ibarətdir ki, indiyə qədərki danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə obyekti olmayıb, indi deyil və gələcəkdə də olmaycaq. Danışıqların formatı da dəyişməyəcək, Azərbaycan və Ermənistan arasında aparılacaq. Problemin dinc yollarla həlli üçün işğalçı Ermənistan ordu hissələrini Azərbaycan ərazisindən çıxarmalı və işğal faktı aradan qaldırılmalıdır”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm