Milli Məclisin çayxanası... - Deputatlar spikeri ƏSƏBİLƏŞDİRDİ
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin çayxanası... - Deputatlar spikeri ƏSƏBİLƏŞDİRDİ

Milli Məclisin bugünkü plenar iclasında sonuncu məsələ olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbulu zamanı yetərsay olmayıb.

Publika.az xəbər verir ki, qanun layihəsinə cəmi 79 deputat səs verib.

Spiker Oqtay Əsədov yetərsayın olmamasına etiraz edib:

“Yetərsay yoxdur. Deyəsən, kofe, çay yerini bağlamalı olacağıq. Çoxlarının paxıllığı tutur, belə getsə, bağlanacaq. Məsələni bir də səsə qoyaq. İclas başlayanda dedim axı diqqətli olmaq lazımdır”.

Spikerin iradından sonra qanun layihəsi təkrar səsə qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm