Nida Xəbər
2019-cu ildə köklü islahatlar olacaq - Oqtay Əsədov
2018-ci ilin ilk 9 ayında makroiqtisadi göstəricilər artıb. Valyuta ehtiyatımız 45 milyard dollar olub, əhalinin gəlirləri inflyasiyanı üstələyib.
Publika.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında deyib.
Spiker bildirib ki, 2019-cu ilin büdcəsi sosial xarakterini qoruyub saxlayacaq:
“Büdcə sənədindən açıq görünür ki, əhalinin sağlamlığına prioritet kimi baxılır. Səhiyyə sisteminə ayrılan vəsait cari illə müqayisədə 309 milyon manat, yəni 32 faiz çoxdur. İcbari sığorta üçün 223 milyon manat ayrılıb.
2019-ci ildə təhsil büdcəsi cari illə müqayisədə 11 faiz çoxdur. Bizə təqdim edilən sənədlərdən görünür ki, iqtisadi artım davam edəcək. Ümumdaxili məhsulun 2019-cu ildə 3,6 faiz artımı proqnozlaşdırılır”.
Oqtay Əsədov əlavə edib ki, 2019-cu ildə köklü islahatların keçirilməsi nəzərdə tutulub:
“Prezidentin təqdimatları Milli Məclisə daxil olub. Yəqin ki, gələn iclaslarda biz bu haqda müzakirələr aparacağıq. Vergilər Məcəlləsinə və digər qanunlara dəyişikliklər nəzərdə tutulur”.
Gülxar
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"