• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Azərbaycan BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir - Alqayerova

Azərbaycan BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir - Alqayerova

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerovanın Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr təşkil edilib.

Publika.az-a Nazirlikdən verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən O.Alqayerova Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, xüsusilə 1993-cü ildən üzv olduğu UNECE ilə bir neçə fəaliyyət istiqamətləri üzrə tərəfdaşlığını yüksək qiymətləndirib. Qeyd edilib ki, 2015-ci ildə Azərbaycanın “Dünyamızın transformasiyası: 2030-cu il Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması BMT-nin ixtisaslaşmış qurumları ilə yeni əməkdaşlıq imkanları yaradıb.

O.Alqayerova bu ilin oktyabr ayında Bakıda keçirilmiş “Dayanıqlı İnkişafa dair Bakı Forumu”nun beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Bakı Bəyannaməsinin UNECE ilə qarşılıqlı səmərəli əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib.

Tədbirdə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul olunduğu, alternativ və dayanıqlı enerji sahəsində tədbirlərin reallaşdırıldığı, əhalinin sağlam yaşayışının təmin olunması üzrə ardıcıl işlərin görüldüyü, Azərbaycan hökuməti və UNECE-nin təşkilatçılığı ilə Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunun keçirildiyi qeyd edilib, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Nurəli Yusifbəyli, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Rüstəm Şahbazov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov aidiyyəti sahələrdə BMT-nin ixtisaslaşmış qurumları ilə fəal əməkdaşlığın uğurla davam etdirildiyini, son illərdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, habelə bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirildiyini və Azərbaycan üçün prioritet istiqamətlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə UNECE ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR