Nida Xəbər
Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir
“9 dekabr Ermənistanda keçirilən növbədənkənar parlament
seçkiləri ölkənin tarixinə növbəti biabırçılıq kimi düşdü. Buna
seçki demək nə dərəcədə doğrudur? Sözsüz ki, bu seçki yox, “seçki
fırıldağı” kimi yadda qaldı. Seçicilərin heç 50 faizi belə
səsverməyə gəlməyib. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri
Tiqran Mukuçyan açıqlama yayıb ki, seçici fəallığı cəmi 48,63 faiz
təşkil edib. İnsanların daha çox yaşadığı İrəvanda belə seçici
passivliyi müşahidə edilib. Bu hələ rəsmi statistikadır,
şişirdilmiş rəqəmdir. Əslində isə bu faiz daha aşağıdır. Bu da
insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir.
İllərdir ki, xalqı boş vədlərlə aldadan terrorçu Sarkisyan
rejimindən sonra hakimiyyətə gələn Paşınyan şirin vədlərlə öz
şəxsində “lider” obrazı fomalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq
hakimiyyət dövrü göstərdi ki, Paşınyan xalqın yox, “başqalarının”
qulluğundadır. Ermənistanda seçici passivliyinin baş verməsi isə
məhz bu amillərlə bağlıdır”.
Bu barədə Publika.az-a açıqlamasında “İki sahil”
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistandakı seçkilər zamanı
kifayət qədər qanun pozuntusu qeydə alınıb: “Seçkilərdə ciddi
saxtakarlıqlar baş verib. Bunların əksəriyyəti isə cinayət
tərkiblidir. Haradadır Azərbaycanda keçirilən şəffaf, ədalətli
seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq
qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa
reaksiya vermirlər, hesabatlar yaymırlar? Bu mənada hesab edirəm
ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən ATƏT və
digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazım olan
qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən
qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və
müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında
öz əksini tapmalıdır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, saxta seçki ilə
hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı
heç nə vəd etmir: “Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə xalqı
yalan vədlərlə aldatmağa çalışdı, bir müddət bunu bacardı da. Ancaq
vaxt keçdikcə insanlar onun əsl simasını gördülər və 9 dekabr
“seçki oyunu” da bunun bariz nümunəsi oldu”.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR