Nida Xəbər
Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbində - FOTOLAR
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.
Publika.az xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin
rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli lider
Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin
xatirəsini ehtiramla yad ediblər.
Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni tikilən
klubun açılışını ediblər. Müdafiə nazirinə məlumat verilib ki, iki
mərtəbəli klubda 520 nəfərlik iclas zalı, Heydər Əliyev muzeyi,
kinoteatr, brifinq zalı və digər xidməti otaqlar var. Binada
avtomatik işıqlandırma sistemi quraşdırılıb, klub akustika və
mərkəzləşdirilmiş kondisioner sistemlərilə təchiz olunub. Ətrafda
abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi
salınıb. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin
olunub.
Müdafiə naziri və rəhbər heyət tədris ocağında əsaslı təmir işləri
aparılmış qış üzgüçülük hovuzu və atıcılıq tiri ilə də yaxından
tanış olub.
Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri
hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və
kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı
tapşırıqlar verib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi təhsil
müəssisəsinin zabit və kursantları ilə görüşərək Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda
aparılan islahatları, hərbi təhsil sistemində həyata keçirilən
vacib tədbirləri, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi
məsələlərini, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında
qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.
Müdafiə naziri döyüş hazırlığının artırılması məqsədilə
silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya
sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edildiyini,
modernləşmə aparıldığını, müxtəlif səviyyəli genişmiqyaslı
təlimlərin keçirildiyini, yeni poliqonların tikildiyini və digər
istiqamətlərdə həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov bildirib ki, hərbi qulluqçuların
təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim
diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi
şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də
dövlətimizin prioritet istiqamətlərindəndir.
Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik
etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və
torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.
Müdafiə naziri çıxışının sonunda hərbi məktəbin şəxsi heyətinə
xidmətlərində uğurlar arzulayıb və onları qarşıdan gələn 31 Dekabr
- Dünya Azərbaycanlılarının həmrəyli Günü və Yeni il bayramları
münasibətilə təbrik edib, əmin olduğunu bildirib ki, hər bir hərbi
qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək
Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli
töhfəsini verəcək.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi