Tovuzda top mərmisi TAPILDI
Bizi izləyin

Nida Xəbər

Tovuzda top mərmisi TAPILDI

Yanvarın 4-də saat 13:56-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Əlibəyli kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə bir evə və həyətyanı sahəyə baxış keçirilib. Agentliyin mütəxəssisləri təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik top mərmisini (OF-56) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 340 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən 4-dək Agentlik tərəfindən üç siqnal (əməliyyat çağırışı) əsasında iki operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Göygöl və Tovuz rayonlarında bir evə və həyətyanı sahəyə, bir əkin sahəsinə baxış keçirilib, iki ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu müddətdə 440 kvadratmetr ərazi yerüstü yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm