Nida Xəbər
Yazıçılar Birliyində İLK YAŞANDI: "Müəllif əsərin qəhrəmanlarını..."
Bu gün Azərbaycan Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən “Natavan klubu”nda yazıçı Etibar Muradxanlının “Tələb taqımı” adlı kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, erməni işğalı dövründə Şuşa şəhərinin müdafiəsi zamanı baş verən real hadisələrə əsaslanaraq qələmə alınan kitabın təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Tədbirdə AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, yazıçı-tənqidçi Əsəd Cahangir, tənqidçi Vaqif Yusifli, alim Elçin İsgəndərzadə, yazıçı Seyran Səxavət, Qulu Ağsəs və yazıçının digər qələm dostları iştirak edib.
Açılış nitqi ilə çıxış edən İlqar Fəhmi qonaqları salamlayıb və Etibar Muradxanlının yaradıcılığı haqqında məlumat verib. İ.Fəhmi bildirib ki, müasir dövrdə müharibə mövzuları, xüsusilə, xalqımızın ən yaralı yeri olan Qarabağ haqqında əsərlər qələmə alınır. Lakin bu əsərlər kifayət etmir:
“Həmin hadisələrdən 25 ildən çox zaman keçsə də, Etibar müəllim bu əsəri 2017-ci ildə qələmə alıb. Çünki hadisələri isti-isti kağıza köçürmək asan məsələ deyil. Hadisələr uzaqdan daha şəffaf görünür. Mən “Tələbə taqımı” romanını sənədli əsər adlandırardım. Çünki hadisələr və onun qəhrəmanları real həyatda mövcud olublar. Etibar müəllim həmin xasoun içində yaşayan, fəaliyyət göstərən insanların obrazlarını, hisslərini bu əsərə köçürməyə nail olub. Əsərin bir hissəsində texnikomda güllələnmə səhnəsi var. Həmin səhnə əslində həmin dövrdəki Azərbaycanın ümumi vəziyyətini təcəssüm etdirir. Bir yerdə ki, sərhədlər itir, sən artıq bilmirsən ki, düşməni harada axtarasan. Güllənin haradan gəlməyi, səbəbi – bunlar hamısı həmin dövrdə bizə ağrı verən faktlar idi. İndi mən hiss edirəm ki, müəllif niyə bu əsəri məhz 20-25 il sonra qələmə alıb…”
Daha sonra yazıçı Əsəd Cahangir müəllif və onun yaradıcılğı, həmçinin yeni əsəri haqqında qonaqlara geniş məlumat verib. Ə.Cahangir bildirib ki, ilk dəfə məhz bu kitab təqdimatında fərqli hisslər keçirir:
“AYB-də 100-dən çox kitabın təqdimatında iştirak etmişəm. 50-dən çoxunun aparıcısı olmuşam. Ancaq ilk dəfədir rast gəlirəm ki, kitabın təqdimatında əsərin müəllifi ilə yanaşı, həm də onun qəhrəmanları canlı-canlı iştirak edir. Bu, mənim üçün yeni hisslərdir. Bəstəkarın əzası qulaqdır, rəssamınkı gözdür, aliminki beyindir, yazıçının, şairin insan anatomiyasındakı ekvivalenti isə ürəkdir. Bu əsərdə də yazıçının ürək çırpıntılarının şahidi ola bilirik”.
Sonda təcrübəli tənqidçi Vaqif Yusifli “Tələbə taqımı” haqqında öz tənqidi fikirlərini bölüşüb:
“Bu gün müharibə mövzusunda şeirdən, dramaturgiyadan fərqli olaraq, nəsrdə böyük boşluqlar var. Yazılan əsərlərin hamısı həm mövzu, həm də sənətkarlıq baxımından bizə ümid vermir. Lakin “Tələbə taqımı” bizə müharibə haqqında dolğun təəssüratlar verir. Bu əsər bir Azərbaycan əsgərinin keçdiyi döyüş yolunu, onun-hiss və həyəcanlarını, yaşantılarını, qələbə sevinci və məğlubiyyət acısını əks etdirir. Niyə Azərbaycan nəsrindən müharibə iyi gəlmir? Müharibə insanının dolu obrazını görə bilmirik? Niyə Mübariz İbrahimovun qəhrəmanlığı layiqli təcəssümünü tapmır? Buna çox səbəb göstərmək olar. Amma mən birini deyəcəm: bir yazıçı müharibədən yazırsa, o, canlı müşahidələr, real görüntülər, təəssüratlar əsasında qələmə almalıdır. Yəni müharibə gedən bölgədə özü də iştirak etməlidir. Bizim bu gün işığına toplaşdığımız yazıçı isə bu qəbildəndir. Etibar Muradxanlı Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Mən onun “Azərbaycan” qəzetində çap olunan bir povestini də oxumuşam. Onun hər iki oxuduğum əsərində bir jurnalist kimi yox, yazıçı kimi tanımışam. Və belə qənaətə gəldim ki, müəllif müharibə texnologiyası ilə bağlı kifayət qədər bilgiyə yiyələnib”.
Tədbir digər ədəbiyyatçı və qonaqların müəllif haqqında fikirləri və çıxışları ilə davam edib.
Zümrüd
-
Magazin122:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR