Nida Xəbər
Struktur islahatları: Daha çevik, daha yığcam, elektron ünsiyyət... - ŞƏRH
Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər” - Prezident vurğulayıb.
Azərbaycan Prezidentinin bu fikirlərini Publika.az-a şərh edən millət vəkili Aydın Hüseynov bildirib ki, daha çevik, daha yığcam struktur formalaşmalıdır.
“Azərbaycan Prezidenti qeyd etdi ki, bəzi strukturlar bir-birini təkrarlayır və eləcə də, bəzi strukturlar artıq köhnəlib. Dövlət başçımız cari ildə struktur islahatlarının aparılmasının vacibliyini bildirdi. Hesab edirəm ki, daha çevik, daha yığcam struktur foramalaşmalıdır. Ən başlıca məsələ oldur ki, bütün strukturlarda müasir innovasiyalar tətbiq olunmalı, məmurla vətəndaş arasında bütün ünsiyyət elektron daşıyıcılar vasitəsilə həyata keçirilməlidir”, - millət vəkili qeyd edib.
Onun sözlərinə görə, artıq ölkə iqtisadiyyatının istiqamətləri öz formasını dəyişib:
“Məsələn, vergi sistemində müəyyən islahatlar aparıldı. Bu islahatlar yeni bir struktur, yeni bir yanaşma tələb edir. Bu, gömrük sisteminə də aiddir. İslahatlar aparıldıqca onu həyata keçirən aparatın özü yenilənməlidir, idarə mexanizmi daha da çevik olmalıdır. Həm şəffaflığın, həm çevikliyin təmin olunması, həm də effektivliyin artırılması baxımından struktur islahatların aparılmasını cənab Prezidentimiz məqbul hesab edir”.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş