Nida Xəbər
İşğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa... - ŞƏRH
"Regionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. Bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdam inkişafında əvəzedilməz faktor kimi çıxış edir. Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcək də böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda çöküş dövrünü yaşayır. Bu gün işğalçı ölkədə siyasi gərginlik davam edir, iqtisadiyyat iflas həddindədir, əhali xaricə axın etməkdə davam edir. Qeyd etdiyimiz kimi, səbəb isə birdir: işğalçılıq siyasəti, Azərbaycan və digər ölkələrə qarşı əsassız ərazi iddiaları, terrorist siyasi rejim. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı xüsusi olaraq bu məsələyə toxunub və iyirmi il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejiminin süqutundan danışıb. Möhtərəm Prezidentimiz bəyan edib ki, bu, kriminal rejimin məntiqi acı sonudur”.
Publika.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə qeyd edib ki, 20 il ərzində Ermənistandakı kriminal rejimin işğalçılıq siyasətinə biganə qalan beynəlxalq təşkilatlar yenə də ikili standartlardan əl çəkmək istəmir, baş verənlərə obyektiv qiymət verməkdən boyun qaçırırlar: “Möhtərəm Prezidentimiz nitqində haqlı olaraq vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlar Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy verirlər. Son parlament seçkilərində gördük ki, hakimiyyəti qanunsuz zəbt edən kriminal rejim heç 5 faiz də səs toplaya bilmədi. “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir?” deyən ölkəmizin başçısı bəzi beynəlxalq təşkilatları fakt qarşısında qoyub. Hesab edirəm ki, möhtərəm Prezidentimizin “Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb” fikri bəzi beynəlxalq təşkilatlar üçün dərs olmalı, hadisələrə bundan sonrakı yanaşmalarında əsaslı dönüş yaratmalıdır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, demokratiyadan, insan haqlarından danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələrə göz yummamalıdır: “Söhbət demokratiyadan gedirsə, bu amil Ermənistan üçün də keçərli olmalıdır. Başqa ölkələrə “insan haqları” adı altında təzyiq göstərən bəzi beynəlxalq təşkilatlar Ermənistan adı gələndə niyə susurlar? Bu susqunluq nə vaxta kimi davam edəcək? Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa bəzi beynəlxalq təşkilatların demokratiya, insan haqları ilə bağlı bəyanatları boş və mənasız söz yığını olaraq qalacaq”.
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat2 Dekabr 18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
-
Nəqliyyat2 Dekabr 18:30
Bakının axşam tıxacı...
-
Dünya2 Dekabr 17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi