Nida Xəbər
Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin sirri ortaya çıxdı
Bu ilin 17 yanvar tarixində Avropa Parlamenti tərəfindən
qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin sirləri
ortaya çıxıb. Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən
məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli
ssenarinin bir hissəsi olan bu qətnamənin həmmüəlliflərindən biri
Rebekka Harmsın kimliyi diqqət çəkir.
Publika.az xəbər verir ki, R. Harms Sorosun
təsirində olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir.
Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri vardır.
Müzakirələrdə ilk çıxış edən AP üzvü, eyni zamanda Avronest
Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya,
Yaşıllar qrupu) məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə
təmaslar qurmağa çalışdığını iddia edib. Lakin keçirilən təcili
dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan
XİN-nə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı
müraciət daxil olmadığı bildirilir.
Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm
vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları
pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü
heç yada belə salmayıb. Bu fakt AP üzvlərinin ikiüzlülüyünün
sübutudur.
Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən
yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı
Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və
Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb
və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş
çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə
yaradan vəziyyət yoxdur.
Qətnamədə bir sıra məqamlar diqqət çəkir. Belə ki, xüsusi ağırlıq
verilən məqamlardan biri Azərbaycan gey, lesbian və digər seksual
azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının
müdafiəsidir.
Digər məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə
səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub
ünvanlamasıdır. Məktubunda Komissar Malstromun çıxışında
M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük
peşmançılıq keçirdiyi hiss edilən qardaş Hüseynov özü bunu “şok
oldum” kimi yazır. Maraqlıdır o, yüksək səviyyəli Aİ rəsmisinin
həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirib, yoxsa
Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən məyus
olub?! Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi
sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin
Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı
müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman
Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi
maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini
ifa edir.
Diqqətdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə
barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır.
Görünür qətnamənin qəbulunu onlar gözləyirdilər. Şübhəsiz ki, bu
məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu heç kimə sirr
deyil.
Lakin bu qətnamənin heç bir qüvvəsi yoxdur. Zaman-zaman bəzi
qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə
etdikləri müşahidə olunub. Lakin bu da bir həqiqətdir ki, belə
alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi
üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.
Publika.az
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO
-
Hadisə3 Dekabr 22:48
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO