Nida Xəbər
“Emin Hüseynov məlum şəbəkənin əmrini yerinə yetirir” – Sahib Məmmədov
“Mehman Hüseynov ətrafında yaradılan ajiotaj, süni kampaniyalar, müxtəlif çağırışlar, toplantıların keçirilməsi vahid mərkəzdən idarə olunan anti-Azərbaycan kampaniyasının yeni dalğasının tərkib hissəsidir. Kiminsə məqsədli qurban seçilməsi və onun ətrafında kampaniyalar təşkil edilməsi ilk hal deyil. Qəribə olan odur ki, bu dəfə qurbandan ən çox istifadə edən onun öz qardaşıdır. Emin Hüseynov məlum şəbəkənin əmrini yerinə yetirməkdədir və hətta qardaşına münasibətdə də “pauza” eləmədi. Emin Hüseynovun Avropa Parlamentinin üzvlərinə müraciəti gözlənilən idi”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ədliyyə Nazirliyi
yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov
Emin Hüseynovun Avropa Parlamentinin üzvlərinə müraciətini şərh
edərkən deyib.
Onun sözlərinə görə, Emin Hüseynov ən azı bu dəfə qardaşına görə
kənara çəkilə bilərdi:
“Deyərdi ki, mənim üçün əsas məsələ qardaşımdır və bu dəfə yoxam,
gələn dəfə iştirak edərəm. Hər halda bu, özlərinin ailədaxili
məsələsidir.
Mehman Hüseynovla Qırmızı Xaç Komitəsi, Azərbaycanda akkreditə olunan səfirliklərin nümayəndələri, hüquq müdafiəçiləri, Ombudsman görüşüb və hamısına eyni bəyanatı verib. Həmin bəyanatın video lentindən tutmuş əlyazmasına qədər hamısı var. Bundan sonra həmin şəbəkə israrla yalan kampaniyasını davam etdirir. Mehman Hüseynovun aclıq etməsi barədə deyilənlər onun özü tərəfindən mümkün bütün yollarla təkzib olunub”.
Sahib Məmmədov vurğulayıb ki, Azərbaycanla bağlı davamlı kampaniyalar aparılır və onun yüksələn və enən fazaları var:
“Ötən ilin aprelində prezident seçkiləri ərəfəsində yüksələn fazanı gördük. Prezident seçkiləri gözlənilməz olduğu üçün o faza istədiyi pikə çata bilmədi, yalnız yay aylarının ortasında ölkədə bir sıra provakasiyalarla yadda qaldı. İndi də şəbəkənin Vaşinqtonda mətbuat konfransları baş tutmadı, Avropa Şurasının Parlament Assambleyasının qış sessiyası başlayıb, Avropa İttifaqı Parlamentinin sessiyası ərəfəsində bu ritorikanın davam etdirilməsində məqsəd bu qurumlarda Azərbaycanla bağlı hansısa qətnamənin qəbul olunması ilə bağlıdır. Bunun ətrafında böyük yalan kampaniyası qurulub. Aclıq edənlərin bir qismini hər gün küçədə görürük”.
Hüquq müdafiəçisi qeyd edib ki, sözügedən şəbəkənin çoxsaylı planı var:
“Birincisi, bu planın arxasında Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən ikitərəfli müqaviləni əngəlləmək məqsədi durur. İkinci hədəf erməni lobbisinin təsiri altında ABŞ-da bu prosesə qoşulan konqresmenlər vasitəsi ilə sistemli şəkildə Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, Ermənistanın isə “demokratik” obrazını yaratmaq, bununla da Dağlıq Qarabağda yaşayan ermənilərin “qeyri-demokratik Azərbaycan dövləti”ndə yaşamasının mümkünsüzlüyünü sübut etməkdir.
Təbii ki, başqa məqsədlər də var, Azərbaycan Avropanın alternativ enerji təchizatçısıdır, bu layihələr davam edir, bunun qarşısını almaq niyyətindədirlər. Bir sözlə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini maksimum korlamaq və ölkənin imicinə ziyan vurmaq istəyirlər.
Daxildəki “5-ci kolon”un istəyi xaricdəkilərin istəyi ilə üst-üstə düşür, Azərbaycanda xaos, etiraz dalğası yaratmaq niyyətləri var. Belə ritorika vardı ki, gənc acından öləcək, hakimiyyət qəddardır və s. Bu yolla xalqı aldatmaq, küçələrə tökmək istədilər. Bu cəhdlər baş tutmadı, amma hansısa cəhdlər davam edir. Çoxməqsədli bir kampaniya həyata keçirirlər”.
Sahib Məmmədov hesab edir ki, Azərbaycan hökuməti maksimum təmkinlik göstərməlidir:
“Avropanı praqmatik siyasətçilər idarə edir və onların bir çoxu həqiqətləri dərk edirlər. Biz hüquq müdafiəçiləri olaraq təkcə Mehman Hüseynova başçəkmə ilə kifayətlənməmişik, növbəti addımlarımızı atırıq və hökumətlə dialoqu davam etdiririk”.
Hüquq müdafiəçisi onu da əlavə edib ki, Mehman Hüseynovun martın 2-də azadlığa çıxmayacağı barədə heç bir qərar yoxdur:
“Mehman Hüseynova qarşı başlanmış yeni istintaq hərəkətləri azadlıqda ola-ola da aparıla bilər. Heç bir rəsmi orqan bəyan etməyib ki, Mehman Hüseynovun cəza müddəti başa çatandan sonra o, istintaq təcridxanasında qalacaq, barəsində həbs qətimkan tədbiri seçiləcək”.
Qeyd edək ki, Mehman Hüseynovun qardaşı Emin Hüseynov Avropa Parlamentinin üzvlərinə müraciət edərək, qardaşının aclıq aksiyasını dayandırmadığını bildirib. O, Avropa İttifaqının komissarı Sesilia Malmstromun dilindən Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığını eşidəndə şok olduğunu iddia edib.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı