Nida Xəbər
20 Yanvar şəhidləri ABŞ-da anıldı - FOTO
Ötən gün Azərbaycanın ABŞ-dakı Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, mərasimə Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, ABŞ-da yaşayan Azərbaycan icması, tələbələr və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizədən bəhs edib, 20 Yanvar faciəsinin Sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab olduğunu bildirib. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara 20 Yanvar faciəsinin milli və mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb, bunun Azərbaycanın müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib.
E.Süleymanov bu faciənin baş verdiyi günləri yada salaraq həmin vaxtın onun Moskvada tələbəlik illərinə təsadüf etdiyini bildirib və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırladıb. Bu xüsusda o, Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs edib, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstək və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu qeyd edib.
Səfir elə bir çətin tarixi dönəmdə xalqımızın iradəsini qırmağın
mümkün olmamasından, Azərbaycan xalqının öz müstəqillik əzmini
nəinki SSRİ-ə, bütün dünyaya nümayiş etdirməsindən bəhs edib. O,
çətinliklə əldə edilən müstəqilliyimizin xalqımızın tarixi
nailiyyəti olduğunu, Azərbaycan dövlətinin dünyada yaşayan bütün
soydaşlarımızın Vətəni olduğunu, dövlətimizin qorunub saxlanmasının
və daha da gücləndirilməsinin dünyanın hər hansı yerində
yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının mənəvi borcu
olduğunu xatırlatmış, dövlətimiz əleyhinə fəaliyyəti isə xalqımızın
əzmkarlığına və müstəqillik yolunda canlarından keçmiş
soydaşlarımızın ruhuna hörmətsizlik kimi qiymətləndirib. Bu xüsusda
səfir 20 yanvar faciəsinin 29-cu il dönümü ərəfəsində Səfirlikdə bu
faciənin anım gününün keçirildiyi gün Səfirliyin binasının önündə
bir qrup şəxsin dövlətimizə qarşı şüarlar səsləndirməsini təəssüflə
qeyd edib.
Daha sonra görkəmli kino-rejissor, Azərbaycanın əməkdar incəsənət
xadimi Şamil Nəcəfzadə 20 Yanvar hadisələrinin canlı şahidi olaraq,
faciəylə bağlı xatirələrini bölüşüb. O, üstündən 29 il keçməsinə
baxmayaraq, indi də həmin gün yaşananları - günahsız, silahsız
insanların üzərinə amansızcasına silahlı texnika yeridilməsi, həlak
olanlar, yaralananlar, çarəsiz, köməksiz qalan insanları yada
salarkən hisslərini cilovlamağın çox çətin olduğunu dilə gətirib.
O, Qara Yanvarın xalqımızın birliyi, əzmi, iradəsi, müstəqillik
arzusunun reallaşmasında mütəsna rolundan bəhs edib. Faciəni lentə
alan və onun həmin zamanlar böyük çətinliklərlə də olsa dünya
mediasına çatıdırılmasında xüsusi əməyi olan Ş.Nəcəfzadə bu tarixin
xalqımızın şərəf tarixi olduğunu və hər bir Azərbaycanlının onunla
fəxr etməli olduğunu qeyd edib.
Səfirliyin müşaviri Vüqar Qurbanov çıxış edərək, hazırda müstəqil Azərbaycan vətəndaşı olaraq gənc nəslin, bu müstəqillik və onun verdiyi azadlıq və xoşbəxtliyi 20 Yanvar faciəsi şəhidlərinə və qurbanlarına borclu olduğunu bildirib. Həmin dövrdə SSRİ-nin tərkibinə daxil olan müxtəlif ölkələrdə azadlıq hərəkatlarının olması və onlara qarşı tədbirlərin görülməsinə baxmayaraq, Azərbaycanda SSRİ-i tərəfindən xalqı susdurmaq, azadlıq yolundan döndərmək üçün keçirilən hərbi əməliyyatın xüsusi qəddarlıq və amansızlıqlıqla həyata keçirildiyinin və əsas məqsədin Azərbaycan dövlətinin yaranmasının qarşısının alınması oldu]unu qeyd edib. Buna nail ola bilməyən qüvvələr sonradan Azərbaycan torpaqlarının işğalını və Xocalı soyqırmını törətməklə Azərbaycan xalqı və dövlətini yaralamaq istəmişdir. Bu səylərə rəğmən Azərbaycan xalqı və rəhbərliyi dövlətçiliyini qorumağa və inkişaf etdirməyə nail olmuşdur.
Yekunda mərasimdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna ehsan verilib.
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin18 Dekabr 21:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO