Nida Xəbər
“Əli Kərimli gəncləri qələbəyə yox, həbsxanaya göndərəcək“ - Niyaməddin Orduxanlı
“Əli Kərimlinin oğlu İngiltərədə komfort həyat yaşayır. Utanmadan gənclərə deyir ki, sizi qələbəyə aparacam. O, gənclərdən istifadə edib, yüz minlərlə qrand qazanıb”.
Publika.az xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı Milli Şuranın son mitinqinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, keçirilən aksiya radikal müxalifət qüvvələrinin birgə aksiyasi idi: Əli Kərimli nifrət etdiyi adamların qapılarını gəzib onlardan xahiş edirdi. Bu da onu göstərir ki, Kərimli yenə xaricdən sifariş alıb. Onu yaxından tanıyan adamlar yaxşı bilir ki, xaricdən sifariş almasaydı, heç zaman Arif Hacılının, İlqar Məmmədovun qapısında boynunu bükməzdi. Əli Kərimlinin dünənki aksiyası hakimiyyətin də maraqlarına cavab verirdi. Belə olmasaydı, hakmiyyət İsgəndər Həmidovun liderliyi ilə yaradılan təşkilata və Müsavat Partiyasına icazə verilmədiyi halda, Milli Şuraya da icazə verməzdi. Bilirsiniz ki, AŞPA-da Azərbaycanla bağlı məsələnin müzakirəsi var və bu daha çox iqtidara lazım idi. Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin hər zaman xidmətində olub. ABŞ-ın Milli Demokratiya İnstitunun tapşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. O yazıb ki, Kərimli xarici tapşırıqla İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəklədi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin, onu yaxşı tanımır. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O, tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız məhrumiyyətlər yaşadacaq. Hər zaman Kərimli bu cür şoular göstərməklə bır sıra gənclərin həyatlarını məhv edib”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Əli Kərimliyə jurnalistlər sual verməlidir ki, İngiltərədə yaşayan oğlun ali təhsilini başa vurdugu halda, niyə gəlib öz əsgərlik xidmətini yerinə yetirmir: "Qışqıra-qışqıra deyir ki, sizi qələbəyə aparacam. O, gəncləri qələbəyə yox, həbsxanalara göndərəcək. Hər zaman olduğu kimi. Qənimət Zahid canlı efirdə deyir ki, Əli Kərimlinin oğlu İngiltərədə təhsilini tam başa vurub və orada işə düzəlib. 1992-ci il təvəllüdlü oğlu Türkel Kərimlinin əsgərlik xidmətindən qalmasına Azərbaycanın hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. 27 yaşlı bir şəxsin əsgərlikdən yayınması faktı varsa, bunu ictimaiyyət bilməlidir. Ən azından Əli Kərimlinin oğlu fəraridirsə, bunu onun yanında olan gənclər bilməlidir. Öz övladlarının oxuduğu İngiltərədəki unversitetlərə yüz minlərlə avro vəsait ödəyirdi. Oğlunu əsgərlikdən yayındıran bir adamın səmimiyyətinə inanmayın. Bilin ki, bu adam növbəti dəfə həmin gənclərdən, şəxslərdən istifadə edir. Aldığı tapşırığı yerinə yetirir. O insanlar hesabına Kərimliyə yüz minlərlə avro vəsait verəcəklər. O da həmin pulları İngiltərədə komfort həyat yaşayan övladlarına xərcləyəcək...”.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş