Nida Xəbər
Mehman Hüseynova görə Prezidentə müraciət edildi - SƏNƏD
Azərbaycanda bir qrup hüquq müdafiəçisi həbsdə olan bloger Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Publika.az-ın xəbərinə görə, müraciətdə
deyilir: "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən
məhkum bloger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il
tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj
yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə
yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd
edilir.
Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra
onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup
insan hüquqları müdafiəçiləri Mehman Hüsenova baş çəkdik, onun
saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən
etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı
heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş
zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra
azadlığa çıxması ilə bağlı olub.
Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və
qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan
məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq
ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi.
Möhtərəm cənab Prezident!
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu
istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün
bunlar bizə ümid verir ki, məhkum Mehman Hüseynovu barəsində də bu
iradənizi nümayiş etdirəcəksiniz. Mehman Hüseynovun gənc olmasını,
bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda
olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları
müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və
onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən
xahiş edirik.
Hörmətlə
Səadət Bənənyarlı
Sahib Məmmədov
Rauf Zeyni
Əliməmməd Nuriyev
Hazırkı müraciətimizə həmçinin ölkənin tanınmış insan hüquqları
müdafiəçiləri Novella Cəfərova, Çingiz Qənizadə, Səidə Qocamanlı da
qoşulub".
-
Magazin102:42Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Hadisə01:41Binəqədidə güclü yanğın məhdudlaşdırıldı - VİDEO/YENİLƏNDİ
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA
-
Qoroskop00:15Günün ulduz falı - Münasibət daha dərin mərhələyə keçə bilər
-
Art17 Mart 23:40Prezidentin gəlini Buxara karvansarasının açılışında - Foto
-
Dünya17 Mart 23:36Qadına bala it cildində görün nə satdılar - Hürüməyib, burnu isə...
-
Magazin117 Mart 22:50Onların da verilişlərinin yayımı dayandırıldı
-
Region17 Mart 22:24İran ilk dəfə İsrailə qarşı bu raketdən istifadə etdi




































