Nida Xəbər
AZƏRTAC ispan dilində yayıma başladı
Azərbaycan Dövlət İnformasiya Agentliyi yanvarın 21-dən ispan dilində xəbər yayımına başlayıb.
Publika.az xəbər verir ki, indiyədək agentlik 7 dildə - Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlər yayırdı. İspan dilinin əlavə olunması ilə agentliyin informasiya yayımını həyata keçirdiyi dillərin sayı 8-ə çatıb. Bu dildə buraxılan xəbərlər AZƏRTAC saytının ispan dili versiyasında dərc olunur.
İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması dövlətin rəsmi tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması istiqamətində böyük fayda verəcək.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO