Rufiz Qonaqov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Rufiz Qonaqov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşdü

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Türkmənistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mekan İşanquliyevlə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə BMAM sədri Rufiz Qonaqov bildirib ki, Mərkəz cənubi Qafqazda, xəzəryanı və türkdilli ölkələrdə gedən prosesləri yaxından izləyir və tədqiq edir. Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev bildirib ki, Xəzər dənizi Azərbaycan Türkmənistan dostluğuna, onların tarixinin, adət-ənənələrinin oxşarlığı, türkdilli və oğuz qrupuna daxil olmalarına təsir göstərib.Bu gün Azərbaycanla Türkmənistan sıx dostluq və qardaşlıq çərçivəsində fəaliyyət göstərir.

Rufiz Qonaqov isə öz növbəsində bildirib ki, Azərbaycanla Türkmənistan Respublikasının əlaqələri günü-gündən inkişaf edir və ötən ilin avqustunda Xəzərin statusu ilə bağlı Konvensiya imzalandı. Bu Konvensiya Xəzəryanı ölkələri bir daha əməkdaşlıq çərçivəsində birləşdirdi.

Sonda səfir qeyd edib ki, bu ilin yayında Türkmənistanda Xəzər günü və Forumunun keçirilməsi planlaşdırılır ki, bu da Xəzəryanı ölkə kimi Türkmənistanın Konvensiyaya verdiyi diqqət və önəmi göstərir. Görüşdə geniş əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm