Nida Xəbər
Avropa Parlamentinə ÇAĞIRIŞ: İkili standartlara son qoyun!
“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” Avropa Birliyi Parlamenti nümayəndələrinə müraciət edib.
Publika.az-a daxil olan müraciətdə deyilir:
"Hörmətli deputatlar!
Avropa Birliyi parlamentində son illər Azərbaycana qarşı qərəzli münasibət bizi bu müraciəti qəbul etməyə məcbur etdi.
Azərbaycana qarşı 30 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən təcavüz siyasəti davam edir. Azərbaycan ərazilərinin 20 % Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanda və Dağlıq Qarabağda yaşayan 1 milyondan artıq azərbaycanlı öz ata baba yurdlarında qovulublar.
Monoetnik ölkəyə çevrilmiş Ermənistanda insan haqları köbud surətdə pozulduğu halda Avropa Birliyi Parlamentariləri buna seyirçi mövqedə yanaşması bizi təcübləndirir. 1999-cu ildə ATƏT-in İstambul sammiti ərəfəsi Ermənistan parlamentinə daxil olan avtomatla silahlanmış terorçuların baş nazir, parlamentin spikeri və digər rəhbər vəzifəli şəxsləri güllələməsi, həbsxanalarda məhbusların, o cümlədən müxalifət partiya nüməyəndələrinin müəmmalı şəkildə öldürülməsi və s. hallar bu ölkədə özbaşnalığın baş alıb getdiyini göstərir.
Bütün bu hallara göz yuman Avropa parlamentarilərinin Azərbaycanda baş verən hər hansı kiçik bir halı böyüdərək ölkəmizə qarşı hücuma keçmələri heç bir mənqiqə sığmır.
Biz Avropa Birliyindən bu cür qərəzli yanaşmaya, ölkələrə ikili standartlarla yanaşmağa son qoymağı qətiyyətlə tələb edirik".
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region7 Dekabr 20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var