Nida Xəbər
Azərbaycanda işsizlərə ŞAD XƏBƏR - Minlərlə şəxsə əmək haqqı veriləcək
“Azərbaycanda yanvar ayından 16 min işsiz sosial işlərə
cəlb edilib, onlarla müvafiq müqavilələr imzalanıb”.
Publika.az xəbər verir ki, bu sözləri DOST İş Mərkəzinin
direktoru Niyazi Rəhimov “İşsizin DOST”u proqramının icrasına həsr
olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın zamanda əmək haqlarının ödənilməsinə
başlanılacaq:
“Bu işçilərin sayının 2019-cu ildə 30 minə çatdırılması nəzərdə
tutulur. Layihə çərçivəsində iş axtaran vətəndaşlar işlə təmin
edilir. İşsizliklə mübarizə çərçivəsində bir çox layihə həyata
keçirilir və bu da onlardan biridir. İş axtaran əməkdaşlar yerli
icra orqanlarına müraciət edir və orada növbəyə dururlar”.
N.Rəhimov qeyd edib ki, DOST İş Mərkəzinin məqsədi ölkə ərazisində,
xüsusilə regionlarda iş axtaran vətəndaşların ictimai işlərə cəlb
olunmasıdır:
"İctimai işlər əsasən xüsusi bacarıq tələb etmir. Buraya sosial
yönümlü, ictimai tədbirlərdə iştirak, abadlıq işlərinə cəlb edilmə
daxildir. Bu işlərə cəlb edilən şəxslərə əmək haqqı ödəniləcək.
DOST İş mərkəzlərində iş axtaran insanlar müvəqqəti işlə təmin
olunur. Bu, işsizliklə mübarizədir, digər tərəfdən ictimai faydası
olan tədbirdir".
Gülxar,
Foto: Elnur Muxtar
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal6 Dekabr 19:05
Ramin Deko saxlanıldı
-
Kriminal6 Dekabr 18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu